AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Kür qəsəbə sakini, 1983-cü il təvəllüdlü Yeganə Orucova kimyəvi maddə ilə zəhərlənmə əlamətiylə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.
Rayonun Təzəkənd kənd sakini 1995-ci il təvəllüdlü Turqay Səfərov da kimyəvi maddə ilə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımdan sonra 21 yaşlı gəncin vəziyyəti normallaşıb. T. Səfərovun istixanada kimyəvi məhlulla işləyən zaman zəhərləndiyi bildirilib.