Ermənistanın müdafiə naziri İrana gedir

29 Yanvar 2017 18:35 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən İRNA xəbər yayıb.

Məlumata görə, səfər zamanı iki dövlətin müdafiə nazirləri arasında danışıqlar aparılacaq. Sarqsyanın səfəri yanvarın 30-na nəzərdə tutulub.

"Sarqsyanın səfər etməsində əsas məqsəd İran və Ermənistan arasında müdafiə sahəsində məsləhətləşmələrin davam etdirilməsidir. Gündəlikdə Tehran və İrəvan arasında ikitərəfli və regional əlaqələrin möhkəmləndirilməsi də var", - deyə mənbə əlavə edib.