Kürd lideri Abdulla Öcalanın deputat bacısı qızı Türkiyəyə qayıtmağa hazırlaşır

29 Yanvar 2017 18:54 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Dilek Öcalan hazırda Moskvada rəsmi səfərlədir. Burada o, Rusiya siyasətçiləri və kürd siyasi fəalları ilə görüşür. Fevralın 1-də Şanlıurfa məhkəməsinin qərarına əsasən, Dilek Öcalan gözaltına alınacaq. Türkiyənin hakimiyyəti onu terrorizmin təbliğində günahlandırır.

Onunla yanaşı HDP-dən 11 millət vəkili də həbs olunub.

“Məni məhkəməyə çağırıblar. Fevralın 1-də həbsim gözlənilir. Bu məni qorxutmur. Bizim çoxlu insanlarımız həlak olub. Onların mübarizəsi mənə güc verir.” - Ria Novostiyə müsahibəsində Öcalan belə deyib.

Qeyd edək ki, Abdulla Öcalanın bacısı qızı Dilek Öcalan HDP-dən 2015-ci ildə millət vəkili seçilib.