Azərbaycanda seks qalmaqalı yaşanan məktəbə - Yeni direktor

29 Yanvar 2017 20:12 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, məktəbin fizika müəllimi Aidə Xəlilova Təhsil Şöbəsinin müdirinin qərarı ilə həmin məktəbə rəhbərlik etməyə başlayıb. A.Xəlilovanın tamhüquqlu direktor olması üçün isə onun direktorlar üçün keçirilən imtahandan keçməsi lazımdır.

Qeyd edək ki, bir müddət əvvəl Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. X.Əliyevanın direktor tərəfindən işdən çıxarılması ilə qızışan qalmaqal zamanı A.Namazov laborantı məktəbə aid kompüterdə seksə baxmaqda və digər nalayiq hərəkətlərdə ittiham edib.

X.Əliyeva isə A.Namazovu rüşvət almaqda günahlandırıb. Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə aparılan araşdırmalardan sonra A.Namazov məktəb rəhbərliyindən uzaqlaşdırılıb.