Bakıda 92 yaşlı qadın evində ölü vəziyyətdə tapıldı

29 Yanvar 2017 20:23 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1925-ci il təvəllüdlü Həsənova Suriyə Ağabala qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:02-də başa çatıb.