Kanadanın baş naziri məscidə hücumu "qorxaqlıq" adlandırıb

30 Yanvar 2017 09:54 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hökumət rəhbəri “Twitter” səhifəsində məlumat verib:

“Bu gün kanadalılar Kvebekdə məscidə qorxaq hücum nəticəsində ölənləri yad edirlər. Mənim fikrim indi hücum qurbanlarının və onların ailələrinin yanındadır”.

Son məlumatlara görə, hücum nəticəsində 5 nəfər ölüb. Yaralıların sayı barədə hələ də məlumat yoxdur. Polis artıq iki şübhəlini saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları üçüncü şəxsin ola biləcəyini də istisna etmirlər.

Hadisə yerində onlarla təcili yardım maşını var. Atəş açılarkən binada müxtəlif məlumatlara görə, 40 nəfərdən 100 nəfərə qədər insan olub.

Aydan AXUNDOVA