Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

30 Yanvar 2017 10:01 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul şəhəri20 yanvar küçəsində yaşayan rayon sakinləri - 1990-cı il təvəllüdlü Hüseynov Əfqan Rza oğlu, 1994-cü il təvəllüdlü Hüseynova Səadət Zahir qızı, onların övladları - 2011-ci il təvəllüdlü Hüseynli Şükran, 2013-cü il təvəllüdlü Hüseynli Rza dəm qazından zəhərlənmə diaqnozu ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az