54 yaşlı kişi bıçaqlandı - Kafedə

30 Yanvar 2017 10:16 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində yerləşən kafelərin birində 1963-cü il təvəllüdlü Cümşüdov Əsfər Mürşüd oğluna tanımadığı şəxslər tərəfindən başından 1, bədən nahiyəsindən 3 bıçaq zərbəsi vurulub.

Xəsarət alan Ə.Cümşüdov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az