“Azərişıq”dan hava şəraitinin kəskin dəyişməsi ilə bağlı - Açıqlama

30 Yanvar 2017 11:26 (UTC+04:00)

Bu barədə “Azərişıq” ASC Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, rayon mərkəzlərində, qəsəbə və kəndlərində olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqlarla əvəz olunub, uzun illər istismar olunan agac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənib, yararsız vəziyyətə düşmüş və heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəz olunub.

Təkcə 2016-cı ildə regionlarda: 30,7 km 110 kV-luq hava xətləri; 59,0 km 35 kV-luq kabel və 308,7 km hava xətləri; 338,7 km 6-10 kV-luq kabel və 1810,7 km hava xətləri; 420,5 km 0,4 kV-luq kabel və 376,6 km hava xətləri; 2640,7 km özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) çəkilmiş; 960 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb, 127 589 ədəd dayaq basdırılıb.

Bundan əlavə, uzunluğu 35,3 km 110 kV-luq, 128,3 km 35 kV-luq, 416,7 km 6-10 kV-luq və 901,7 km 0,4 kv-luq hava xətlərində təmir işləri aparılıb.

Görülmüş tədbirlər onminlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir.

İstehlakçıların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər 2017-ci ildə də uğurla davam etdiriləcək.

AzNews.az