Bakıda ən bahalı kirayə mənzillər - Aylıq 10 min manat

30 Yanvar 2017 11:45 (UTC+04:00)

Bunu AzVision.az-a daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. Ekspertin sözlərinə görə, bağ evləri ilə yanaşı paytaxtda aylıq ödənişi 4000-5000 manat olan bina evlərinə də rast gəlmək mümkündür.

“Bahalı kirayə evlərdə qalanlar üçün əsas istək mənzilin kommunal şəraitinin yaxşı, rahatçılğın yüksək olmasıdır. Yüksək məbləğli kirayə evlərdə ən çox 10-15 gün qalırlar. Bundan əlavə Bakıda aylıq ödənişi 4000-5000 manata kirayə mənzillər də təklif olunur. Bəzi hallarda qiymətlər daha yüksək olur.

Bağ evlərinin kirayə qiymətləri evin yerləşdiyi ərazi və şəraitinə görə dəyişir. Həmçinin daha yüksək qiymətə olan bağ evlərinə də rast gəlmək mümkündür”.

AzNews.az