14 yeşik xurma oğurlandı

30 Yanvar 2017 12:45 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yanvarın 28-də saat 01 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərindən birində Göyçay rayon sakini Əli Hüseynova məxsus 14 yeşik xurmanı oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakinləri Şahin Gözəlov və Əşrəf Mirzəyev Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə təhvil veriliblər.