Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

30 Yanvar 2017 13:04 (UTC+04:00)

AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında

Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 31-i, fevralın 01-də Abşeron yarımadasında xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün çox əlverişsizdir.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, yanvarın 31-dən, fevralın 02-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın minimal temperaturu 1-5° şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında hava şəraiti yanvarın 31-də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Xəbərdarlıq

Fevralın 02-si gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.