“Bəzi iş adamları vergidən yayınmağa çalışır” - Aydın Əliyev

30 Yanvar 2017 13:13 (UTC+04:00)

"APA-Economics" xəbər verir ki, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

"Əvvəllər idxal olunan malların qiymətinin aşağı salınması problemi daha çox qeydə alınırdısa, indi ixrac olunan malların qiymətinin azaldılması hallarına rast gəlirik. Dövlət Gömrük Komitəsi tərəfindən işçi qrup yaradılıb. İşçi qrup internet və birja məlumatları əsasında bu qiymətləri müqayisə edəcəyik. Qiymətləndirmə aparılmalıdır ki, pulların "qara bazar"da gəzməsinə ehtiyac olmasın. Üç nazirlik tərəfindən hökumət qarşısında məsələ qaldırılıb. Azərbaycanda yerli istehsal artırmaq və daxili bazarı qorumaq üçün bir sıra məhsullara vergi tətbiq etdik".

AzNews.az