“Maliyyə çətinliyi ilə bağlı haqqımda yayılan xəbərlər yalandır”- Asim Mollazadə

30 Yanvar 2017 13:29 (UTC+04:00)

Millət vəkili AzNews.az-a verdiyi açıqlamada Nəsimi rayonunda yerləşən ofisindən çıxma səbəbini ofisinin sahiblərinin planlarının dəyişməsi əlaqəli olduğunu bildirib.

“Bu xəbərlər hamısı şaiyədir. Ofisin yerləşdiyi binanın sahibləri öz planlarını dəyişiblər. Hazırda yeni ofisimizin yerini müəyyənləşdirib, köçməyə hazırlaşırıq.”

Bu gün yerli mətbuatda millət vəkili Asim Mollazadənin maliyyə çətinliyi ilə üzləşək ofisindən çıxması barədə xəbərlər yayılıb.

Səbinə Məlikova

AzNews.az