Xanəli Fəttayev niyə intihar edib? - Təfərrüatlar

30 Yanvar 2017 13:42 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Xanəli Fəttayevin yaxın dostu Rövşən Əsədov Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun ölüm xəbərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Xanəli Fəttayevin böyük ailə qayğıları olub: “Onunla çox görüşmüşük. Xanəli haqqında nə qədər desəm, azdır. Çünki Xanəli intellektli uşaq idi. Müzakirələrimiz həmişə kitablardan və yazıçılardan olardı. Onun maddi sıxıntıları vardı. Atası həbs olunmuşdu. Hazırda isə həbsdən azad olunub. O, atasının həbsdən çıxmasına çox sevinirdi. Maddi sıxıntılardan əziyyət çəkirdi, maddi vəziyyəti zəif idi. Ailə böyük deyildi. Amma kifayət qədər böyük qayğıları vardı.”

Rövşən Əsədov Xanəli Fəttayevin sevdiyi qıza görə intihar edəcəyi ilə bağlı yazılan məlumatları təsdiqləyib: “Olmuş hadisədir. İntihar mümkün olan variantdır. Çünki Xanəli duyğusal biridir, onda intihar etmək hissi formalaşıb. Bu yenə də araşdırılmalıdır .”

Bahar RÜSTƏMLİ

AzNews.az