“Pulu sinəmə doldururdular” - Ramal İsrafilov

30 Yanvar 2017 14:07 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ARB TV-nin “Gəlin danışaq” proqramının növbəti qonağı məşhur müğənni Ramal İsrafilov olub.

Olduqca maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi, illər öncə atası tərəfindən müğənni olmağa elə də yaxşı baxmadığını bildirib:

“Atam el şənliklərinə gedirdi. Qoymurdular məni. Şadlıq sarayında evimiz arasındakı məsafə yaxın idi. Qaçırdım evdən. Saat 6-da toy başlayırdı, 1-də qurtarırdı. 7 yaşım var idi, amma mən evdə tapılmırdım. Hər dəfə atam gəlirdi ki, bunu kim buraxıb, görürəm dayanıb orda. Mən də orda olanda toy yiyələri çıxardırdılar məni, atam da əsəbiləşirdi ki, bu viddə şortikdə niyə gəlmisən? Çıxırdım stolun üstünə oxuyurdum. Bir də görürdün evə gəlirəm və görürəm ki cibim pulnan doludur. Pulları sinəmə doldururdular. Bu pul da məni şirnikdirirdi. Ona görə də, hər dəfə qaçıb gedirdim. Onnan sonra özləri atama dedilər ki, mütləq gələndə Ramalı da gətir. Uşaq idim deyə mənə çox pul verirdilər. Səhəri gün univermaqda xərcləyirdim o pulları. Qardaşlarım da məni görüb həvəslənirdilər”.