Antonio Banderas xəstəxanaya yerləşdirilib

30 Yanvar 2017 14:45 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə “Sun” tabloidi məlumat yerləşdirib. Məlumata görə, 56 yaşlı aktyorun xəstəxanaya yerləşdirilməsinə səbəb fiziki məşq zamanı sinəsində yaranan şiddətli ağrılar olub.

Xəstəxanada tam müayinə olunan Banderasın sağlamlığı ilə bağlı heç bir təhlükə olmadığı məlum olub. Aktyor bir müddətdən sonra evə buraxılıb.

İspaniyalı aktyor, rejissor və prodüser Antonio Banderas “Vampirlə müsahibə” (1994), və “4 otaq” (1995) filmlərilə Hollivudda məşhurluq qazanıb. Bundan əlavə, aktyor “Zorro maskası”, “Zorro əfsanəsi”və 3 hissəli “Casus uşaqlar” kimi məşhur filmlərdə rol alıb.