“ATV telekanalını məhkəməyə verəcəyik”- Dünyasını dəyişən direktorun ailəsi

30 Yanvar 2017 17:30 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında 171 saylı orta məktəbin mərhum direktoru Telman Qardaşovun qardaşı Ramiz Qardaşov deyib. O, Telman Qardaşovun ölümünün arxasında ayrı-ayrı şəxslərin olduğunu qeyd edib:

“Mən qardaşımın ölümündə ATV telekanalını, “Yoxlama” verilişi və onların iştirakçılarını ittihamlayıram. Bu iş sifarişli olub. Ona görə də araşdırılmalı və bu işdə əli olanlar cəzalandırılmalıdır.”

Ramiz Qardaşov ATV telekanalının bu hadisə ilə maraqlanmadığını bildirib: “Bu günə kimi nə ATV telekanalı, nə də o verilişin aparıcısı bir dəfə olsun qapımdan girməyib, maraqlanmayıblar da.”

ATV telekanalında yayımlanan "Yoxlama” verilişi 171 saylı orta məktəbdə çəkiliş aparıb. Çəkilişdə həmin məktəbin ünvanına tənqidi fikirlər səsləndirib. Bundan sonra məktəbin direktoru Telman Qardaşov ciddi stress keçirib və bir neçə həftə sonra qan təzyiqinin kəskin qalxması nəticəsində beyninə qan sızmasından dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ

AzNews.az