60 yaşlı kişini və 4 yaşlı uşağı maşın vurdu - Bakıda

30 Yanvar 2017 17:54 (UTC+04:00)

“Report”un xəbərinə görə, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospekti 112 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, 24 yaşlı Şamxal Kərimli idarə etdiyi “İsuzu” markalı avtomobillə 2012-ci il təvəllüdlü Əmir Dadaşovu və 1957-ci il təvəllüdlü Faiq Kərimlini vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

AzNews.az