Xəzərdə itkin düşən neftçilərin axtarışı davam etdirilir

30 Yanvar 2017 19:09 (UTC+04:00)

Dövlət Dəniz Admnistrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Müseyibov Lent.az-a açıqlamasında bildirib ki, axtarış tədbirlərinə fasilə verilməyib: “Axtarışlar davam etdirilir və hər hansı təxirəsalınma yoxdur. Gəmilər, helikopterlər və canlı qüvvə əvvəlkitək suda, dəniz sahillərində və adalarda axtarış tədbirlərini davam etdirir və bu proses hər gün davam edir. Neftçilərin axtarışı ilə bağlı digər Xəzərsahili ölkələrin müvafiq qurumları da məlumatlandırılıb”.

Qeyd edək ki, məlum hadisə ilə bağlı pezidentin sərəncamı ilə Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət qərargah yaradılıb.

AzNews.az