İstintaq təcridxanasına telefon keçirilməsinin qarşısı alınıb - Foto

30 Yanvar 2017 19:24 (UTC+04:00)

AzNews.az Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.2; 120.2.2 və 221.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Ağayev Arif Abdulla oğluna Bakı şəhəri Xəzər rayonu Binə qəsəbə sakini Əliyev Nizami Kəriməli oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan tortun altında sellofana bükülərək xüsusi üsulla gizlədilmiş, daxilində “Sim” danışıq kartı olan bir ədəd “Samsung A5” və daxilində “Sim”danışıq kartı olan bir ədəd “Samsung A3” markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilib.