Goranboyda güclü yanğın - 3 nəfər xəsarət aldı

30 Yanvar 2017 20:05 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşçular kəndində baş verib.

Qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 1989-cu il təvəllüdlü Vəfa Məmmədova və onun övladları - Filiz Məmmədova və Kənan Məmmədov yanıq xəsarətləri alıblar.

V. Məmmədova Gəncədəki xəstəxanaların birinə, övladları isə paytaxtdakı tibb müəssisəsinə göndərilib.