Nazirlər razılaşdılar

29 Yanvar 2013 08:29 (UTC+04:00)


Bəyanatda deyilir ki, nazirlərlə Dağlıq Qarabağdakı hava limanına enən və qalxan mülki təyyarələrlə bağlı məsələlər müzakirə edilib. Xarici işlər nazirləri münaqişənin sülh yolu ilə həllinə dəstək verdiklərini və danışıqları davam etdirməkdə qərarlı olduqlarını bildiriblər. Nazirlər və həmsədrlər sülh prosesi ilə bağlı növbəti müzakirələrin yaxın həftələrdə davam etdirilməsi barədə razılığa gəliblər.