Tramp Castin Trüdoya kömək təklif etdi - Məscidə edilən terror hücumuna görə

30 Yanvar 2017 22:27 (UTC+04:00)

AzNews.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Tramp Trüdoyla telefon danışığı zamanı deyib və başsağlığı verib.

Qeyd edək ki, bazar günü Kvebekdə məscidə silahlı şəxslər hücum edib. Maskalı 2 şəxs məsciddə namaz qılan adamlara atəş açmağa başlayıb. Həmin vaxt orda 100-ə yaxın adam olub. Onlardan 6-sı həyatını itirib.