Poroşenko Merkellə görüşünü təxirə saldı

30 Yanvar 2017 23:14 (UTC+04:00)

AzNews.az İnterfaks-a istinadən xəbər verir ki, buna səbəb Avdeyevkada atəşkəsin pozulmasıdır.

Dövlət başçısının mətbuat katibi Svyatoslav Seqolko bildirib ki, prezident Avdeyevkada rus döyüşçüləri tərəfindən atəşkəsin pozulması nəticəsində fövqəladə vəziyyət yaranıb. Bu isə humanitar fəlakətə gətirib çıxarıb.