12 nəfər dəm qazından zəhərlənib

29 Yanvar 2013 09:00 (UTC+04:00)



Ötən gün Bakı şəhərinin müxtəlif yerlərində 12 nəfər dəm qazından zəhərlənib. Bakı şəhər Təcili və Tibbi yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, zəhərlənən şəxslərdən 8 nəfərin vəziyyəti nisbətən ağır olduğu üçün onlar müvafiq xəstəxanalara yerləşdirilib.

Zəhərlənənlərdən 4 nəfərə isə ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya göndərilməyib.

AzNews.az