3 mərtəbəli bina çökdü - Yaralılar var

31 Yanvar 2017 10:57 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Beyoğlu Qurtuluş Dərəsi küçəsində daha əvvəl boşaldılan bina çökməyə başlayıb. Bölgəyə çox sayda yanğınsöndürmə və təcili tibbi yardım maşınları cəlb olunub.

Hadisə nəticəsində yolu keçən 2 nəfərin yaralandığı bildirilir.

Aydan