Ramil Usubovdan generalın yerinə - Təyinat

31 Yanvar 2017 12:01 (UTC+04:00)

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, nazir DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi polkovnik Heydər Heydərovu İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə rəis təyin edib.

Bu idarənin əvvəlki rəisi general Şərif Əsədullayev yaş həddi ilə bağlı bir neçə gün əvvəl istefaya göndərilib.

AzNews.az