Prezidentin hakimiyyəti təhlükə altında

29 Yanvar 2013 09:20 (UTC+04:00)


Hadisələr islamçı prezident Məhəmməd Mursinin də hakimiyyətini böyük təhlükə altına alıb. Qahirədə yüzlərlə gənc Qəsr Əl Nil körpüsündə iğtişaş polisini daşqalaq edib.

Adını gizli saxlayan səhiyyə rəsmisi, etirazçılardan birinin güllə yarasından həlak olduğunu bildirib. Polislə qarşıdurmalar axşam saatlarında da davam edib.Etirazçılar asayış keşikçilərinin üzərinə daş və alışqan maddələr atıb. Polis əvəzində göz yaşardıcı qaz istifadə edib.

AzNews.az