Ata 13 yaşlı qızını qətlə yetirdi

31 Yanvar 2017 12:54 (UTC+04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alpan kəndində qeydə alınıb.

Kənd sakinlərinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, kənd sakini Əşrəf Süleymanov qızı 13 yaşlı Səfurəni bıçaqlayaraq qətlə yetirib.

Atanın ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az