Dövlət Gömrük Komitəsiin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yoxlamadan öncə vətəndaş idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olub-olmadığı barədə sorğu-sual edilib. O isə cavabında, avtomobildə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası heç bir predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı avtomobilin qoşqusu ilə dartıcının birləşdiyi yerdə - qoşqunun altındakı boşluqdan malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasının aksiz markasıyla markalanmamış 28.400 ədəd "Manchester" markalı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.