Bakıdakı “McDonalds”da ölüm hadisəsi

31 Yanvar 2017 14:15 (UTC+04:00)

“Report”un xəbərinə görə, hadisə məşhur şəbəkənin Nərimanov rayonu F.T.Xoyski küçəsində yerləşən restoranında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Məmmədov “McDonalds”ın sanitar qovşağında narkotik maddə qəbul etməsi nəticəsində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

AzNews.az