Atanın 13 yaşlı qızını öldürməsi ilə bağlı təfərrüatlar - “Ailəsi buna görə ondan ayrılıb”

31 Yanvar 2017 15:33 (UTC+04:00)

Alpan kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Əşrəf Süleymanov ruhi xəstədir:

“Ailəsi buna görə ondan ayrılıb. Onlar bir neçə il əvvəl boşanıb. Əşrəf anası ilə yaşayır. Səfurə də atası ilə qalırdı. Onu nənəsi saxlayıb. Səfurə dərslərindən yaxşı qiymət alır. Heyf, çox gözəl, nümunəvi şagird idi.”

Quba rayonunun Alpan kənd sakini Əşrəf Süleymanov qızı 13 yaşlı qızı Səfurəni bıçaqlayaraq qətlə yetirib.

Bahar RÜSTƏMLİ

AzNews.az