Şəhzadə pulunu hara xərcələyəcəyini bilmir- Quşlarına təyyarə bileti aldı

31 Yanvar 2017 15:55 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərnişin təyyarəsinin göyərtəsində 80 şahinin şəkli internetdə böyük maraqla qarşılanıb. Məlum olub ki, quşlar Səudiyyə Ərəbistanı şahzadələrindən birinə məxsusdur. O, şahinlərdən hər biri üçün ayrıca bilet alıb. Şəkillərdən də aydın görünür ki, hər şahinin öz yeri var, gözləri isə sarğı ilə bağlanıb.

Bəzi istifadəçilər qeyd ediblər ki, bu, heç də nadir hadisə deyil. Adətən “Etihad”, “Emirates” və ya “Qatar Airways” aviaşirkətlərinə məxsus təyyarələrdə biznes klassla uçan sərnişinlər yanlarında şahinlərini də aparırlar.

“Qatar Airways” aviaşirkətinin saytında qeyd olunur ki, hər sərnişin özü ilə maksimum 6 şahin götürə bilər. “Emirates” yanında şahin olan sərnişinlərin göyərtəyə Dubayla Pakistandakı müəyyən təyinat nöqtələri arasında daxil olmasına icazə verir. “Etihad Airways”in saytında isə göstərilir ki, şahinlərin əsas salonda aparılması yalnız lazımi sənəd mövcud olduqda mümkün ola bilər.

“Gulf News” qəzetinin məlumatına əsasən, 2002-2013-cü illərdə BƏƏ hakimiyyəti tərəfindən 28 mindən çox şahin üçün pasport verilib.

Aydan