Aygün ilə Faiq şıdırğı rəqs edərkən – FOTOSESSİYA

29 Yanvar 2013 09:30 (UTC+04:00)



AzNews.az-ın məlumatına görə, Bakının dəbdəbəli restoranlarının birində keçirilən doğum günü qonaqlığı maraqlı məqamları ilə yadda qalıb. Belə ki, pərəstişkarları xalq artistini təbrik etmək üçün ona biri-birindən maraqlı hədiyyələr təqdim ediblər.

Tədbirdə xalq artisti Faiq Ağayevin fəal olması diqqət çəkib. O, A.Kazımova ilə şıdırğı rəqs etməklə yanaşı, eyni masa ətrafında əyləşərək onu qucaqlayaraq öpüb.

A.Kazımovanın qızı İlqarə daha çox geyimiylə nəzərdən yayınmayıb. Tort kəsmə mərasimində A.Kazmovanın sağında İlqarə, solunda isə F.Ağayevin durması maraqlı məqamlardan biri olub.

Ümumiyyətlə, televiziya və radio aparıcılarının, bəzi müğənnilərin iştirak etdiyi doğum günü qonaqlığı gecə vaxtlarınadək davam edib.

Qeyd edək ki, A.Kazımovanın 42 yaşı tamam olub.

Fuad Mədətov
AzNews.az