İstanbulda yanğın - Xəsarət alanlar var

31 Yanvar 2017 16:38 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstiqlal küçəsində təmirdə olan binanın damında başlayan yanğın qısa zaman ərzində ətrafa yayılıb. Nəticədə içərisində kino zalı, restoran və bowling zalı olan binada da yanğın başlayıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım və yanğınsöndürmə maşınları cəlb edilib. Yanğını söndürməyə çalışan sıravi vətəndaşlardan 2-si tüstüdən zəhərlənib. Huşunu itirən həmin şəxslər xəstəxanaya aparılıblar.

Yanğının baş vermə səbəbləri hələki məlum deyil.