İrandan Trampa sərt cavab - Amerikalılara viza verilməyəcək

31 Yanvar 2017 17:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, bu addım ABŞ prezidenti Donald Trampın İran da daxil olmaqla 7 Yaxın Şərq ölkəsi vətəndaşlarına viza verilməməsi ilə bağlı verdiyi qərara cavab olaraq atılıb.

Məhəmməd Cavad Zərif qeyd edib ki, rəsmi Tehranın verdiyi qərarla bağlı istisnalar ola bilər:

“Bu müracitələrə İran Xarici İşlər Nazirliyi tərəfindən baxılacaq. Bundan sonra qərara veriləcək. ”

Xatırladaq ki, ötən ayın sonunda ABŞ prezidenti Donald Tramp ölkəyə yeni miqrant axının qarşısını almaq məqsədilə Suriya, İran, İraq, Sudan, Liviya, Somali, Yəmən kimi müsəlman ölkələrin vətəndaşlarına 4 ay müddətinə viza verilməməsi barədə qərar imzalayıb.