"Azərbaycan diplomatları xaricdə alverlə deyil, işlə məşğul olsunlar"- Eyyub Hüseynov

31 Yanvar 2017 17:37 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moskva şəhərinin hava limanlarında Ermənistan istehsalı olan “Karabakh” araqlarının satışına münasibətində deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi quruma “Karabakh” araq məhsulları ilə bağlı hər hansı şikayət daxil olmayıb.

Eyyub Hüseynov belə məsələlərdə Azərbaycan diplomatlarının səslərini çıxarmamaqda qınadı: “4 il əvvəl Vaşiqtonda ermənilər Azərbaycan əlehinə material paylayırdılar. Zəng etdim ki, gəlib bu məsələnin qarşısını alsınlar. Gəlmədilər. Azərbaycan diplomatları xaricdə alverlə deyil, işlə məşğul olsunlar. Vətəndaş zəng edəndə ona reaksiya versinlər. Cəmiyyət kimi Azərbaycan diplomatları da bu məsələlərə hazır olmalı və birgə mübarizə aparmalıdırlar”.

Bahar RÜSTƏMLİ

AzNews.az