İranın Trampa cavabının nəticəsi- İdmançılar ölkəyə buraxılmadı

31 Yanvar 2017 17:30 (UTC+04:00)

AzNews.az “Washington Post” qəzetinə istinadən xəbər verir ki, İranın ali liqasında çıxış edən Amerikalı basketbolçular Co Cons və Cey-Pi Prins İranın ABŞ-ın müsəlman ölkələri vətəndaşlarına viza verilməməsi ilə bağlı qoyduğu qadağaya cavab olaraq bu ölkə vətəndaşlarının İrana buraxılmaması ilə bağlı verdiyi qərar nəticəsində İrana qayıda bilmirlər.

Basketbolçular bir neçə günlük istirahət məqsədilə Dubaya yollanıblar. Amma rəsmi Tehran ABŞ vətəndaşalarına verdiyi bütün vizaları ləğv etdiyi üçün idmançılar ölkəyə buraxılmır.

“Hazırda onlar Dubayda gözləyirlər. Bəlkə vəziyyət dəyişdi. Amma buna inanmaq çox çətindir.” –deyə idmançıların agenti Erik Fleyşer bəyan edib.

Xatırladaq ki, ötən ayın sonunda ABŞ prezidenti Donald Tramp ölkəyə yeni miqrant axının qarşısını almaq məqsədilə Suriya, İran, İraq, Sudan, Liviya, Somali, Yəmən kimi müsəlman ölkələrin vətəndaşlarına 4 ay müddətinə viza verilməməsi barədə qərar imzalayıb.