Biznesmen qadın təyyarədən endirildi- Trampın qərarı ilə

31 Yanvar 2017 17:56 (UTC+04:00)

AzNews.az Daily mail-ə istinadən xəbər verir ki, bu barədə qadın öz “Facebook” səhifəsində məlumat yerləşdirib. Onun ölkəyə buraxılmamasına səbəb ABŞ prezidenti Donald Trampın bir neçə müsəlman ölkərinin vətəndaşlarına viza verilməsinə qoyduğu qadağ ilə əlaqədardır.

Qadın qeyd edib ki, Birləşmiş Ştatlara qayıtmaq istəyərkən Dubayda 2 zabit onu təyyarədən endirib

Zinuri ailəsinə baş çəkmək üçün İrana gedib və burada qadağadan xəbər tutub:

“Keçən həftə ölkəyə girişə qadağa barədə şaiyələr yayılan kimi Cənubi Karolinaya bilet sifariş etdim.”

Lakin Tramp Zinuri təyyarəyə minməzdən bir neçə saat əvvəl artıq fərmanı imzalayıb. Qadın yalnız Dubaya qədər uça bilib. Burada onunla 40 dəqiqə danışıqlar aparıldıqdan sonra Zinuri təyyarədən endirilib.

“ABŞ-da 7 il yaşadıqdan sonra məni deportasiya etdilər. Heç kimi məni xəbərdar etmədi. ABŞ-dakı itim və ya işimlə bağlı nə olacağı heç kimə maraqlı deyil. Hələ də heç kim mənə ABŞ-da havalimanının dayanacağında park edilmiş avtomobilimin aqibəti barədə bağlı nə etməli olduğumu demir.”

Zinurinin başına gələn bu hadisəni 120 min insan sosial şəbəkədə paylaşıb. Əldə olunan məlumatlara görə, o müvafiq qərarla bağlı zərərə uğrayan 375 insandan biridir.

Yanvarın 27-də Donald Tramp 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a daxil olmasının qadağan edən fərman imzalayıb.

Aydan Axundova