Türkmənistan prezidenti seçiciləri üçün bəstəsini oxudu - Video

31 Yanvar 2017 22:33 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Berdiməhəmmədov Axalsıx vilayətinə gələrək, qaz-kimya kompleksinin tikintisinə baş çəkib.

Səfərin gedişatında prezident inşaatçılarla görüşüb və öz seçkiqabağı proqramından danışıb. Söhbət zamanı inşaatçılardan biri prezidentə mahnı oxumasını təklif edib. Prezidentsə razılıq verərək, «Bagt nury» (xoşbəxtlik nuru) adlı mahnısını ifa edib.