Demokratlar Trampı baykot etdilər

31 Yanvar 2017 23:29 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Konqressinin Senatında demokratlar səhiyyə naziri və sosial xidmətlər vəzifəsinə Tom Prays və maliyyə naziri vəzifəsinə Stiven Mnuçin namizədliyi üzrə səsverməni baykot ediblər.

Beləliklə, səsvermə faktiki olaraq bloklanmış oldu, çünki səsvermənin keçirilməsi üçün bir nəfər belə olsa demokrat iştirak etməlidir. Demokratlar partiyası bildiriblər ki, həmin şəxslər nazir vəzifəsini icra etməyə layiq deyillər.

Ağ ev öz növbəsində baykotu yolverilməz adlandırıb. Bu barədə Ağ evin mətbuat katibi Şon Spayser bəyanat yayıb.