“Pərvanələrin rəqsi” başa çatdı

29 Yanvar 2013 09:44 (UTC+04:00)
ATV telekanalında yayımlanan "Pərvanələrin rəqsi" teleserialının çəkiliş işləri başa çatdı. AzNews.az-a bu barədə məlumatı serialın senari müəllifi Arzu Soltan verub.

Onun sözlərinə görə, "Pərvanələrin rəqsi" teleserialı 80 seriyadan ibarət olacaq: "Serial əvvəlcə 100 seriya nəzərdə tutulsa da sonda 80 seriya ilə kifəyətləndik. Son çəkilişlər qalmışdı, o da Bakıdan kənarda çəkildi. Serialın televiziyada nümayişi, yəni, final mərhələsi avqust ayında başa çatacaq".

Bahar Rüstəmli
AzNews.az