İsmayıllı hadisələrində “Rusiya izi” üzə çıxır

29 Yanvar 2013 10:04 (UTC+04:00)


Rusiyanın "Большой Кавказ" saytı İsmayıllının İvanovka kəndində ruslara təzyiq göstərildiyi barədə xəbər yayıb. Saytın məlumatına görə, İvanovka sakinləri torpaqlarının əllərindən alınmasını iddia edirlər. Məlumata görə, məhz İsmayıllıda məlum hadisələr baş verən gün Azərbaycandakı yeganə kolxozun nümayəndələri yüksək dövlət orqanlarına şikayət etmək üçün Bakıya gediblər. Lakin İsmayıllıdakı hadisələr baş verdiyindən İvanovka sakinlərinin şikayəti arxa plana keçib.

İvanovkalıların əsas problemlərinin torpaqla bağlı olduğu bildirilir. Belə ki, sakinlərin torpaqları turizm obyektləri tikilməsi üçün əllərindən alınır.

Qeyd edək ki, ötən il Aleksandr Proxanov öz qəzeti olan "Завтра"da Azərbaycanın Rusiyadakı səfirinə İvanovka kəndi ilə bağlı açıq məktub ünvanlamışdı.

Elnarə Əlosmanqızı
AzNews.az