“Azadlıq” qəzetinin bugünkü sayı nəşr olunmayıb

29 Yanvar 2013 10:40 (UTC+04:00)

"Azadlıq" qəzetinin 29 yanvar sayı texniki problemlər səbəbindən nəşr olunmayıb. Qəzetin baş redaktoru Rahim Hacıyev APA-ya bildirib ki, problem redaksiyanın texniki avadanlığında - printerində yaranıb:


"Bir neçə dəfə belə problem yaranmışdı. Ancaq problemi tez bir zamanda həll edə bilmişdik. Lakin bu dəfə problem aradan qaldıra bilinmədi. Qəzetin materialları tam hazırlanmışdı. Amma son məqamda - səhifələr çapa veriləndə çap maşını xarab oldu. Bu dəfə problemi həll edə bilmədik".

R.Hacıyev problemin bu gün həll ediləcəyini və qəzetin yeni sayının yanvarın 30-da satışda olacağını deyib.