Bakıdakı saunada qanlı dava: ölən və yaralanan var

29 Yanvar 2013 10:46 (UTC+04:00)
Bakının Nərimanov rayonu ərazisində yerləşən saunada qan tökülüb.

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, dünən saat 22 radələrində S.Yusifov küçəsi 34 ünvanında yerləşən "Günəş" saunada Bəxtiyar və Vüqar Orucov qardaşları bıçaqlanıblar. Naməlum şəxs bıçağı Vüqarın ürəyinə sancıb. Bəxtiyar isə ayağından yaralanıb.

Vüqar Orucov hadisə yerində keçinib.

AzNews.az