DİN-in ziyafəti jurnalistə düşmədi - ZƏHƏRLƏNMƏ

29 Yanvar 2013 10:54 (UTC+04:00)
Xəzər telekanalının "Cinayət və cəza" verilişinin aparıcısı Ramal Abdullayev qidadan zəhərlənib. O, 1 saylı Şəhər Xəstəxanasında həkim nəzarəti altındadır.

Jurnalistin özü Milli.Az-a bildirdi ki, dünən yemək yeyəndən sonra vəziyyəti pisləşib. Dərhal xəstəxanaya müraciət edib. İlkin yardım göstərilib. Hazırda vəziyyəti qismən yaxşılaşsa da, bu gün müalicə davam etdiriləcək. Əldə etdiyimiz məlumata görə, R.Abdullayev ötən gün Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasından sonra verilən ziyafətdə iştirak edib. Ziyafətdən sonra aparıcının halı pisləşib.

AzNews.az