Latviya prezidenti Bakıya gələcək

2 Fevral 2017 13:31 (UTC+04:00)

Latviya prezidentinin ofisindən "Report"a verilən məlumata görə, dövlət başçısı martın 16-18-də keçiriləcək V Bakı Qlobal Forumunda iştirak edəcək.

Səfər zamanı R.Veyonis həmçinin Azərbaycan rəsmiləri ilə bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

AzNews.az