Yağış davam edəcək

29 Yanvar 2013 11:05 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, həmin müddətdə ayrı-ayrı rayonlarda yağıntının intensivləşəcəyi ehtimalı var.

Bakı və Abşeron yarımadasında yanvarın 30-da gecə və səhər havanın az yağıntılı olacağı, 31-də havanın arabir yağntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Yanvarın 30-da havanın temperaturu gündüz 4-7, yanvarın 31-də 3-5 dərəcə isti olacaq.

Azərbaycanın Aran rayonlarında yanvarın 30-da gündüz 3-8 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yanvarın 31-də Aran rayonlarında gündüz 3-8 dərəcə isti, dağlıq rayonlarda 0-5 dərəcə isti gözlənilir.

AzNews.az