Birinci ledi vəzifəsini Trampın qızı icra edir? - Fotolar

2 Fevral 2017 19:53 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Tramp qızı İvanbka ilə birlikdə Delaverdə yerləşən hərbi dəniz qüvvələrlərinin bazasına gələrək, Yəməndə həlak olan ABŞ hərbçilərinin nəşini qarşılayıb, matəm mərasimində iştirak edib.

Donald Trampın inaqurasiya mərasimindən sonra İvanka həyat yoldaşı Cared Kuşnerlə birlikdə Nyu-Yorkdan Vaşinqtona köçüb. Cütlük Trampın yaxın məsləhətçisidir. Melani Trampsa Nyu-Yorkda qalmağa qərar verib. Burada o, oğlu Berronun tərbiyəsi ilə məşğuldur.